Ukraynada təyyarə qəzası baş verib.
AZSABAH.COM-a bu barədə xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Xarkov əyalətində qeydə alınıb. Çuquev rayonunda yerli vaxtla saat 20:45-də “An-26” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin və yaralıların olduğu bildirilir.
Məlumata görə, Xarkov Hava Qüvvələri Universiteti kursantlarını daşıyan hərbi təyyarə eniş etmək istəyərkən Rostov magistral yolunun yaxınlığında qəzaya uğrayıb.
Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə zamanı təyyarədə 28 nəfər – 7 nəfər heyət üzvü, 21 nəfər kursant olub. Onlardan 20-i həlak olub. Qeyd edilir ki, hadisə zamanı daha 2 nəfər ağır xəsarət alıb.
Xarkov əyalətinin qubernatoru Aleksey Kuçer isə bildirib ki, hadisə zamanı 22 nəfər həlak olub.
araz.az xəbər portalı.