«Bu ali məktəb niyə UNEC adlanmalıdır?» deyən Akademikin bir neçə saat sonra mövqeyini 360 dərəcə dəyişməsinə səbəb nədir?
Sonra da deyirik ki, Azərbaycan Milli Elmlər Akademiyası, yaxud elmimiz, alimlərimiz niyə bu günə qalıb? AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyevin diqqətinə çatdırmağı özümüzə borc bildik ki, alimin mövqeyi AMEA-nın mövqeyi və nüfuzu deməkdir. Alim mövqesizdirsə, onda elmimizdən nə gözləyək?
***
Keçək mətləbə: dünən kult.az saytında (digər saytlar da paylaşım edib) «BU ALİ MƏKTƏB NİYƏ UNEC ADLANMALIDIR? – AKADEMİK» başlıqlı məlumat dərc edilmişdir. «Təzadlar» da bu məlumatı yayımladı, hazırda saytda vardır. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu haqlı olaraq qeyd edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturunun ingiliscə yazılması (UNEC) qətiyyən doğru deyil və s. Hətta onu da qeyd edir ki, ADİU rəhbərliynə irad da bildirilib ki, bu yolverilməzdir, düzgün hərəkət deyil və s.
Lakin aradan bir neçə saat sonra nə baş verdisə (bizə təxmini məlumat verilib) o boyda institutun direktoru, bu boyda akademik mövqeyini tərsinə dəyişdi və bu dəfə adı çəkilən sayt da özünü vəziyyətdən çıxartmaq üçün maraqlı bir metoda əl atdı: oxucunu aldatmaq üçün məlumatın əvvəlki başlığını olduğu kimi saxlasalar da, mətnin içərisini tamamilə dəyişdilər.
Aşağıda hər iki məlumatı müqayisəli şəkildə təqdim edirik:
1.Dünənki məlumat:
«BU ALİ MƏKTƏB NİYƏ UNEC ADLANMALIDIR? – AKADEMİK»
«Azərbaycan Dövlət İqtisad Universitetinin abreviaturunun ingiliscə yazılması (UNEC) doğru deyil». Bu sözləri Kult.az-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Möhsün Nağısoylunun sözlərinə görə, ola bilsin ki, İqtisad Universiteti bu cür abreviaturanı beynəlxalq təhsil bazarında tanınmaq üçün istifadə edir: “Mənə elə gəlir ki, abreviatura beynəlxalq təhsil bazarına çıxmaq məqsədilə qoyulub. Bu məsələ daha əvvəl də gündəmə gəlmişdi, hətta bizim bununla bağlı iradlarımız da olub. Sadəcə onlardan heç biri nəzərə alınmayıb. Bununla bağlı məsələləri Monitorinq Mərkəzi araşdıra bilər”.
2. Bu isə sonradan dəyişdirilmiş mətn:
«Bu ali məktəb niyə UNEC adlanmalıdır? – Akademik»
«Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC olaraq tanınması Azərbaycan dili qaydalarına zidd deyil». Bu sözləri kult.az-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Buna baxmayaraq, Möhsün Nağısoylu qeyd edib ki, UNEC abreviatur deyil, brend olaraq istifadə edilir: “Universitetdən dəqiqləşdirdiyim məlumata görə, təhsil müəssisənin abreviaturu ADİU-dur, yəni burada ingilisdilli addan söhbət getmir. UNEC universitetin rəsmi olaraq qəbul edilmiş brendidir“.
***
Bu da bizim ağsaqqal akademikimiz, dilçi alimimiz, o boyda institutut direktorumuz! Sonra da deyirik ki, gənclər niyə bəzən mövqesizlik nümayiş etdirir? Halbuki akademik Möhsün Nağısoylu da gözəl bilir ki, Prezident İlham Əliyevin ADİU-ya rektor təyin edən sərəncamında «UNEC» deyil, «Azərbaycan Dövlət İqtisad Universiteti» yazılıb.
İkincisi, bəs çox hörmətli ingilis qardaş və bacılarımız, ingilisdilli əcnəbilər hardan bilsin ki, bu ali məktəb Azərbaycana aiddir? Azərbaycanın adının çıxarılmasında və yox edilməsində məqsəd nədir???
Hörmətli akaldemik Möhsün Nağısoylu dünyanın elə bil tanınmış universitetinin adını çəkə bilərmi ki, onun ölkə və ya dövlət mənsubiyyəti olmasın?! Özünə hörmət qoyan, xüsusən də Azərbaycan kimi dərdlərini və adını dünya ictimaiyyətinə az tanıtdığımız bir ölkə niyə də bir ali məktəbin də adında təmsil olunmasın? Sabah ermənilər bu adı da mənimsəsə, onda dərdimizi kimə deyəcəyik: rektor Ədalət Muradova, yoxsa akademik Möhsün Nağısoyluya???
Daha geniş yazı «Təzadlar»ın növbəti sayında dərc olunacaq.
Zaur

araz.az xəbər portalı.