1c579da636f46551a2b01b811f6909e41601052449 ergfvusgfrefFəaliyyətim müddətində iqtisadi əlaqələri daha da gücləndirmək əsas prioritet olacaq”.

araz.az konkret.az-a istinadən xəbər verir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee brifinqdə deyib.

“İki ölkə arasında əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Müxtəlif sahələr var ki, burda iqtisadi əməkdaşlıq üçün imkanlar genişdir. Pakistanın dərman şirkətləri Azərbaycan bazarına töhfə verə bilər. Bildiyiniz kimi, dünya pandemiya ilə mübarizə aparır və ölkəmizdə bəzi dərman şirkətləri var ki, onlar virusun müalicəsində istifadə olunan dərmanlar istehsal edir. Digər bir sahə turizmlə bağlıdır. Ötən il 40 min pakistanlı Azərbaycana səyahət edib. Turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Pakistanla Azərbaycanın təbiəti, tarixi yerləri qarşılıqlı olaraq vətəndaşlar üçün cəlbedicidir. Təhsil sahəsində əməkdaşlıq üçün imkanlar var. Pakistanda aparıcı universitetlər var və tələbə mübadiləsi çərçivəsində azərbaycanlı tələbələr bu universitetlərdə təhsil ala bilər”, – deyə səfir deyib.

 

 

 

araz.az

araz.az xəbər portalı.