Liviya Baş naziri Fayez Sərracın istefaya gedəcəyi qərarını açıqlamasından sonra Yunanıstanla bu ölkə arasında razılaşma ola bilər.
Turkustan.info xəbər verir ki, bu barədə danışan Liviya Xarici İşlər naziri Məhəmməd Siyala ölkənin mənafeyinə təsir etmədən dəniz sərhədlərini müəyyən etmək üçün Yunanıstan və Malta ilə əlaqə quracaqlarını bəyan edib.
Liviya Milli Neft Korporasiyasının (MOK) prezidenti Mustafa Sanallah isə neft şirkətlərindən mübahisəli hesab edilən ərazilərdə kəşfiyyat fəaliyyətlərini dayandırmasını xahiş edəcəyini bilirib.
Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Sərracın istefasının Liviya ilə əldə edilən razılaşmalara təsir etməyəcəyini bəyan edib.
Qeyd edək ki, Liviya Baş naziri Fayez Sərrac vəzifəsindən oktyabrın sonunda getməyə hazır olduğunu bəyan edib.
araz.az
araz.az xəbər portalı.