45 nəfərə qarşı dələduzluq edən turizm şirkətinin rəhbərinin cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən, “Like Travel” turzim şirkətinin rəhbəri Şükürov Azər Faiq oğlunun məhkəmə prosesinə hakim Elməddin Hüseynov sədrlik edəcək.
Qeyd edək ki, zərərçəkənlərdən biri Nizami və Xaçmaz rayonlarının sabiq polis rəisi olan Nofəl Məhərrəmovdur.
İttiham aktına görə, Azər Şükürov əsasən Türkiyəyə tur-paket almaq istəyənlərə qarşı dələduzluq edib. Belə ki, müraciət edən müştərilərdən ilkin ödəniş kimi tur-paketin qiymətinin 30 faizini, qalanını isə uçuşa 15 gün qalmış alacağını deyib. Ancaq səyahətə 15 gün qalmış müştəriləri aldadıb. Müştərilər otellərə zəng edən zaman adlarının rezervasiya belə edilmədiyini öyrəniblər.
Azər Şükürovun zərərçəkənlərə vurduğu ziyanın miqdarının 100 min manatdan yuxarı olduğu bildirilir.
araz.az
araz.az xəbər portalı.