Belə ki, bu şəxsin rəhbərlik etdiyi təhsil müəssisəsi açıq-aşkar şəkildə “kolxoz bazarı”na çevrildiyindən, hazırda onun fəaliyyətinin tənqid olunması üçün ortada kifayət qədər əsaslar var. Məsələn, redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, Nizami Rzayev ötən illər ərzində 39 saylı tam orta məktəbin əldə etdiyi bütün uğurları öz adı ilə bağlamağa çalışır. Amma, o, o halın varlığını unudur ki, bu təhsil müəssisəsində əldə olunan uğurların əsas səbəbkarı, məhz şəhərdə repititorluq fəaliyyəti ilə məşğul olan şəxslərdirlər. Çünki, daxil olan məlumatlarda bildirilir ki, direktor Nizami Rzayev repititor yanına getmək istəyən yuxarı sinif şagirdlərindən yeni dərs ilindən yanvar ayına və yanvar ayından may ayına kimi 300-500 manat “haqq-hesab” alır və onların dərsdən yayınmalarına şərait də yaradır. Deməli, əldə olunan uğurların əsas səbəbkarı 39 saylı tam orta məktəbin rəhbəri deyil, məhz repititorluq fəaliyyəti ilə məşğul olan şəxslərin belə bir fəaliyyət növü ilə məşğul olmalarıdır. Baxmayaraq ki, bu məktəb Nizami müəllimin vaxtında bir-iki dəfə “İlin məktəbi” adına layiq görülsə də, bir daha qeyd edək ki, bu kimi uğurlar yalnız repititorların hesabına əldə olunur.
Amma, adı çəkilən bu şəxsə ibtidai siniflər üzrə Rəna müəllimənin, yuxarı siniflər üzrə isə Təranə müəllimə ilə bərabər, Alim müəllimin də “qara kassa”lıq etmələrini dilə gətirdikdə, o, heç bir halda belə bir məsuliyyəti üzərinə götürmür. Bundan əlavə, elə ki, ibtidai siniflərdə, yaxud da yuxarı siniflərdə çalışan müəllimlərdən bir kimsə rəhbərlik qarşısında haqlı tələbini ortaya qoyur, o halda çox keçmir ki, Nizami müəllimin “işarə verən barmağı” həmin şəxsə qarşı növbəti kompaniyanın başlamasına əsas olur. Digər tərəfdən, 39 saylı tam orta məktəbin rus sektorunda çalışan müəllimlər “toxunulmaz şəxs” statusu qazansalar da, nədənsə belə bir halın varlığı Azərbaycan sektorunda çalışanlara şamil olunmur. Buna da əsas, koronovirus (COVİD-19) pandemiyası səbəbindən bu ilin iyun ayında jurnalları təhvil verən və rus sektorunda çalışan müəllimlərdən hər birinin Nizami Rzayevə 100 AZN “şirinlik” vermələri olur. Belə bir “həssas münasibəti” Azərbaycan sektorunda çalışan müəllimlərdən görə bilmədiyi üçün, o, bu sektorda çalışanları dolayısı yollarla “gözümçıdıya salır” və jurnalları yoxlayarkən, həmin şəxslərə qarşı olduqca əsəbililik nümayiş etdirir. Diqqəti cəlb edən hallardan biri də, Elmar Vəliyev Gəncə ŞİH-nin başçısı olduğu vaxtlarda Nizami Rzayevin məktəb müəllimlərini qardaşının toyuna çağırması və məclisdə iştirak edən müəllimlərin toy şənliyinə 50 manat nəmər pulu yazdırmaları olur. Yəni, hansı müəllim 50 manat pul yazdırırsa, o halda o, işə çıxarkən direktorun “minbir sifət” göstərməsi ilə üz-üzə qalır. Düzdür, bunu direktor açıq-aşkar şəkildə etməsə də, dolayısı yollarla bu cür addımını atıb onları bezdirir.
Müəyyən iddialarda o da qeyd olunur ki, Elmar Vəliyev icra başçısı olduğu illər ərzində daim Nizami Rzayevin “bənövşə gülü çiçək açır”. Yəni, o, rəhbərlik etdiyi təqribən 150-180 nəfərdən ibarət olan müəllim kollektivinin hər bir üzvündən ayda 20-25 AZN, hətta elə hallar da olur ki, 50 AZN məbləğdə pul yığır və hər kəsə “bu Elmar Vəliyevin tapşırığıdır” deyirmiş. Bu ilin 3 mart günü məktəblər bağlanarkən Nizami Rzayev, bir daha aludə olduğu əməllərindən əl çəkmir. Yəni, çox keçmir ki, onun “pulyığan ştatı”nda saxladığı şəxslər müəllimlərə zəng edib “Aparın 15 manat pulları filankəsin evinə verin” deyirlər. Bu şəxsin idarəçiliyində daha çox müzakirə olunan məqamlardan biri də, məhz övladlarını 39 saylı tam orta məktəbdən çıxaran valideynlərdən, bəzi müəllimlərin əleyhinə sui-istifadə etməyə çalışması olur. Yəni, Nizami Rzayev valideyinləri birbaşa olmasa da, dolayısı yollarla təhdid etməyə çalışır və “Bəlkə müəllim sizdən pul istəyib, ona görə övladınızı məktəbdən çıxartmısınız” deməklə, bir növ intriqada olduğu bəzi müəllimləri şərləməyə çalışır. Söylənilənlərə görə, Nizami Rzayev pula elə bir formada “həris olan” bir şəxsdir ki, o, hansı ibtidai sinif ona pul veribsə həmin sinifi yuxarı mərtəbədə, hansı sinif verməyibsə həmin sinifi isə, aşağı mərtəbədə otaqla təmin etdirir. Bu cür ayrı-seçkilik də, məhz çoxsaylı valideyinlərin narazılıqla qarşıladığı hal olur. Bundan əlavə, Nizami Rzayevin doğma qardaşını və qardaşının həyat yoldaşını ştat cədvəli üzrə məktəbdə texniki işçi vəzifəsinə götürməsi, amma həmin şəxslərin heç bir halda işə gəlməmələri, bu gün kollektiv üzvlərinin daha çox narazılıqla qarşıladığı hallardandır.
Bəzi iddialarda o da bildirilir ki, Nizami Rzayevin bu cür idarəçiliyi əksər müəllimləri təngə gətirdiyindən, bir müddət bundan öncə 39 saylı tam orta məktəbdə çalışan qocaman müəllimlərdən biri Gəncə ŞTŞ-nin müdiri cənab Anar Qədiamalıyevə şikayət etmək məcburiyyətində qalır. Onu da bildirək ki, Anar müəllim orta təhsilini bu məktəbdə başa vurduğundan, o, qocaman müəllimin şikayətini diqqətlə dinləyir və ona problemləri qaydaya salacağı yöndə vəd də verir. Daha çox düşündürücü hallardan biri də, keçirilən iclaslarda Nizami Rzayevin özünü “Prezident” elan etməsi olur. Yəni, o, “Mən bu məktəbin prezidentiyəm” deməkdən də, məhz ehtiyat etmir. Bütün bunlar da onu söyləməyə əsas verir ki, bu şəxs minbir hoqqalardan çıxsa da, rəhbərlik etdiyi təhsil müəssisəsini açıq-aşkar şəkildə “kolxoz bazarı”na çevrsə də, hələ ki, ona “qaşın üstə qara var” deyən yoxdur. Deməli, 39 saylı tam orta məktəbə rəhbərlik edən bu şəxsin Təhsil Nazirliyində elə bir “arxa-dayağı” var ki, bu gün ona bir kimsə öz təsirini göstərə bilmir.
Yada salaq ki, hələ bir neçə gün bundan öncə GundemXeber.Az saytında 39 saylı tam orta məktəbdə yaşanan biabırçılıqlar haqda “Gəncə təhsilinə “üzqaralığı gətirən” hansı məktəbin direktorudur?- ŞOK FAKT” və “Gəncədə “pulyığan ştatı”na rəhbərlik edən müəllimə hansı əməllərlə məşğuldur? –ŞOK FAKTLAR” başlıqlı məqalələr yayımlayıb, baş verənlərlə bağlı geniş ictimaiyyəti müəyyən qədər məlumatlandırmışdır. Belə bir başlıqlar adı altında məqalələr yayımlandıqdan sonra, sən demə Nizami Rzayev özünün “müdafiə qüdrəti”ni gücləndirmək qərarına gəlir, amma ilk andaca yalnışlığa yol verir. Yəni, bu şəxs “Azərbaycan” nəşriyyatında çalışanların, hətta geniş ictimaiyyət üzvlərindən bir kimsənin tanımadığı, heç bir halda qəbul etmədiyi, ictimai fikirin formalaşmasına cüzi təsir imkanı olmayan, bir sözlə məcbur olub adını hallandırdığımız Zirveyolu.info saytından yararlanmağa çalışır. Belə ki, üç-dörd gün bundan öncə adını hallandırmağı özümüzə rəva bilmədiyimiz bu saytda “Obyektivlik unudulmamalıdır” başlığı adı altında açıqlama yayımlanmış və təkadamlı redaksiyalardan olan sayt əməkdaşı, sanki qarşı tərəfin vəkili rolunda çıxış etmişdir. Bir anlığa diqqət yetirək ki, ictimai nüfuzu olmayan, bir kimsənin tanımadığı sayt əməkdaşı yayımladığı açıqlamada qeyd edir: “Çünki, məktəbimizin dövlətimiz tərəfindən hər bir təlabatı ödənilir və rəhbərliyimiz tərəfindən heç bir şəkildə başqa yerə mənimsənilmədən, məktəb və məktəblilərimizə sərf edilir”. Diqqət yetirmək lazımdır ki, görəsən nə vaxtdan Mircəlal Paşayev adına 39 saylı tam orta məktəb, adını hallandırmağı özümüzə rəva bilmədiyimiz bu saytın məktəbi hesab olunur? Digər tərəfdən, görəsən bir kimsənin tanımadığı bu sayt əməkdaşı gündəlik Nizami Rzayevlə bir yerdə olurmu ki, bu şəxsin rüşvət alıb-alması haqda dəqiq məlumata malik olur və utanmadan Gündəm Xəbər.Az saytının yazdıqlarını əsassız açıqlamalar hesab edir? Sayt əməkdaşı daha bir addımı ilə özünün naşılığını və savadsızlığını da ortaya qoyur. Yəni, o, onu da qeyd edir ki, “Biz’’Gündəm xəbər’’saytının və eləcədə vaxtıilə bu adla gündəlik çıxan qəzetin ‘’obyektivliyinə’’yaxşı bələdik. Bütün yazılmış qeyri-obyektivlik notları üzərində köklənən qəzet 10-15 dəfə müxtəlif məhkəmə iclaslarında müzakirə edilmiş yüksək məbləğdə cərimə edilmiş və iki ildir ki, qəzet öz fealiyyətini dayandırmalı olmuşdur”. Yayımladığı açıqlaması savadsız və qüsurlu olan sayt əməkdaşının diqqətinə onu çatdırmaq istəyirik ki, bir məsələ haqda dəqiq məlumatın yoxdursa, o halda sus! Çünki, çıxarılmış məhkəmə qərarının “Gündəm Xəbər” qəzetinəheç bir aidiyyatı yoxdur və qəzetin fəaliyyətinin dayandırılması haqda da, ortada məhkəmə qərarı yoxdur. Əgər bununla bağlı əlinizdə hər hansı sənəd-sübut varsa, o halda bunu təsdiq etməyə çalışın. Düşünürük ki, bu cür addımları ilə özünün savadsızlığını və məlumatsızlığını təsdiq edən təkadamlı redaksiyanın əməkdaşı, məhz yazdıqlarımızdan nəticə çıxarmalı olacaq. Əslində, indiyə kimi belə bir redaksiyanın fəaliyyət göstərməsi haqda heç bir məlumata malik olmadığımızdan, biz bu mövzuya toxunmaq fikirində deyildik. Adının hallanmasını rəva bilmədiyimiz sayt əməkdaşının bu cür addımı, sanki qarışqanın şirə qarşı elan etdiyi müharibəyə bənzəyir. Düşünürük ki, təhsil naziri cənab Emin Əmrullayev bu cür çirkin addımların müəllifi olan direktor Nizami Rzayevə “dur” demək səlahiyyətinə malik vəzifə sahibi olduğundan, çox yaxın vaxtlarda ona “əlvida!” deyəcək.
P.S. Hörmətli oxucular! Biz bundan sonra da Mircəlal Paşayev adına 39 saylı tam orta məktəbdə yaşananlarla bağlı araşdırmalarımızı davam etdirib, bir çox məqamlara, ələlxüsus 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsidən millət vəkili olan Müşfiq Cəfərovun, yaxud da direktor Nizami Rzayevin adı çəkilən təhsil ocağında çalışan xanım müəllimələrdən biri ilə olan əlaqələrindən bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin ki, yazdıqlarımızdan xəbərdar ola biləsiniz.
GundemXeber.Az
araz.az xəbər portalı.