“Əks-hücum əməliyyatı davam etdirilir”.
araz.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, artıq Talış kəndi ətrafında bir neçə yükəsklik işğalçı qüvvələrdən təmzilənib: “Həmişə olduğu kimi, Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 tank və zirehli texnikası, 18 PUA, 8 artilleriya qurğusu məhv edilib, 550-dən artıq itkisi var”.
O bildirib ki, Ermənistan tərəfinin məhv edilmiş canlı qüvvəsi arasında Suriyada və Livandan gətirilmiş muzdlular olduğu aşkar olunub.
MN rəsmisi əlavə edib ki, Ermənistan tərəfi bu məlumatları ictimaiyyətdən gizlədir.
araz.az
araz.az xəbər portalı.