“Bu gün səhər radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistanın Vardenis rayonu ərazisindəki mövqelərindən Azərbaycanın Daşkəsən rayonunu və digər bölgələrini artilleriyadan atəşə tutub”.
Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın Azərbaycana təcavüzü Ermənistanın öz ərazisindən də həyata keçirilir: “Bu hadisələr Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz aktı kimi qiymətləndirilir ki, burada da suveren dövlət olan Ermənistanın ərazisindən Azərbaycana qarşı növbəti hücum akt həyata keçirilib”/APA.
araz.az xəbər portalı.