qızıl medeniİşğal altında olan Kəlbəcər rayonu ərazisdindəki mis və qızıl yataqlarını istismar edən xarici şirkətlər 5 gündür bölgəni tələsik tərk ediblər.

araz.az Türkiyə mediasına istinadən xəbər verir ki, ordumuz sürətlə irərliləyən kimi xarici şirkətlər qızıl mədənlərini atıb qaçdılar.

“Dağlıq Qarabağda Ermənistan ordusuyla döyüşə girən və qaşı tərəfə ağır itkilər verdirən Azərbaycan ordusu sürətlə irəlilədikcə Kəlbəcərdə yerləşən qızıl mədənlərində qanunsuz fəaliyyət göstərən şirkətlər hər şeyi yerdə buraxaraq qaçıb. Şirkətin bütün əməkdaşları dərhal bölgədən uzaqlaşdırılıb.

Kəlbəcərdəki mis və qızıl yataqlarını çox asan şərtlər əsasında istismar edən, ən böyük sərmayədar şirkət, ruslara məxsus Rus GeoProMining Gold şirkəti də qaçmağa məcbur olub”,- deyə Yeni Şafak yazır. 

araz.az

araz.az xəbər portalı.