1601040894 cebhe 4 e1601041344779Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı yalanlarını tarixi faktlarla ifşa edən “XX əsrin əvvəllərində erməni-türk qarşıdurmasına baxış” adlı elmi məqaləsi nüfuzlu beynəlxalq xülasələndirmə bazası olan “Web of Science”də indeksləşən Kubanın “University of Cienfuegos” Universitetinin La Revista “Universidad y Sociedad” jurnalında dərc edilib.

araz.az xəbər verir ki, məqalədə Birinci Dünya müharibəsi zamanı ermənilərin türklərə hücuma keçdiyi və vətənlərinə xəyanət etdikləri tarixi faktlar əsasında sübut edilib.

Vurğulanıb ki, erməni birləşmələri Rusiya ordusu ilə birlikdə Qafqaz cəbhəsində çiyin-çiyinə döyüşüblər. Onlar türk və gürcü kəndlərini qarət edərək yandırıblar, mülki insanları qətlə yetiriblər. Əslində soyqırım ermənilərə qarşı deyil, türklərə qarşı baş verib.

Müəllif yazıda sübut edib ki, tarixdə “erməni soyqırımı” deyilən bir hadisə olmayıb. Bu, beyni zəhərlənmiş ermənilərin uydurması və xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyil.

Məqalənin tam mətni ilə bu linkə daxil olaraq tanış olmaq olar: 

araz.az

araz.az xəbər portalı.