Əsgər çatışmazlığı ilə üzləşən Ermənistan hərbi-siyasi rəhbərliyi artıq orduya mülki şəxsləri cəlb edib.
Axar.az xəbər verir ki, bu fakt Ermənistan televiziyalarının cəbhədən hazırladığı süjetdə aydın görünür. Kadrlarda mülki şəxslərin topa mərmi yerləşdirdiyi və döyüşə qatıldığı müşahidə edilir. Burda diqqəti cəlb edən isə erməni hiyləsidir. Mülki formada döyüşə qatılan və top qurğusunun arxasında olan şəxs Ordumuzun düşmənin atəş nöqtəsini susdurmaq üçün zərbə vuracağı və məhv ediləcəyi halda ermənilər bundan “mülki şəxsə hücum” kimi istifadə edəcəklər. Ehtimallardan biri də budur ki, həmin könüllü qəsdən mülki paltarda döyüşlərə qatılıb və hədəf olaraq Ordumuzun qarşısına çıxarılmaqla, təbliğatda istifadəsi nəzərdə tutulur. Qeyd edək ki, Ermənistanda insan amilinin heç bir önəmi yoxdur. Ermənistanın faşist rəhbərliyi mülki erməniləri də öz siyasi-hərbi oyunlarına alət etməklə, onları məhv edirlər.
[bt_youtube url=”https://www.youtube.com/embed/j_yvqcqhD9c” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.