yerevanErmənistanın paytaxtı Yerevanda panika yaşanıb.

Turkustan.info xəbər verir ki, şəhərdə 2 azərbaycanlının rahat şəkildə gəzməsi və çəkiliş aparması barədə xəbər yayılıb.

Yerevanın mərkəzində yerli sakinlər 2 nəfər şübhəli gördükləri şəxsi saxlayaraq polis çağırıblar. Araşdırmalar zamanı onların tacik və özbək milliyətindən olan işçilər olması üzə çıxıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti rəsmi açıqlama ilə çıxış edərək Yerevanda azərbaycanlı diversantların olması barədə məlumatı şayiə adlandırıb.

araz.az

araz.az xəbər portalı.