977a8bc6 751e 35cd 9463 23c3f06b23c3 850jpg 1601716407Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğalçılar Laçın və Xankəndidən qaçır.

Bu barədə Ermənistan KİV, “Sputnik Armeniya”, erməni sosial şəbəkə istifadəçiləri məlumatlar yayıb.

“Sputnik Armeniya”nın yaydığı informasiyada qadın bildirib ki, uşaqlarını Yerevana göndərib.

araz.az “Ria Novosti”yə istinadla xəbər verir ki, hazırda Xankəndində yaşayan mülki əhali şəhəri çox sürətlə boşaldırlar. 

“Ria Novosti”yə danışan qadınlardan biri deyib ki, əvvəl xəstəsi olduğu üçün şəhəri tərk edə bilməyiblər: “İndisə həyat yoldaşım və iki azyaşlı uşaqlarımla hamı kimi Ermənistana – Yerevana gedirik”.

Saytın Qarabağda olan əməkdaşı yazır ki, Xankəndinin ətrafı bir neçə gündür boşalıb: “Xankəndinin ətrafı, əsasən, Azərbaycan Ordusu ilə daha yaxın təmas xəttində olan Martuni, Mardaket, Hadrut (sayt bizim rayonların adlarını belə qeyd edib- Red.) rayonlarında, ümumiyyətlə, mülki əhali qalmayıb, buralar praktik boşdur. Xankəndində isə əsasən kişilər qalıb, onlar ailələrini Yerevana göndəriblər, yaxud göndərmək üzrədirlər. İndi Xankəndidə atəş səsi olmayanda, ancaq kişilər küçəyə çıxır, bir fincan qəhvə başında geosiyasi vəziyyətlə bağlı mübahisələr edirlər…”.

araz.az

araz.az xəbər portalı.