Rusiya Xarici İşlər naziri Sergey Lavrovla iranlı həmkarı Cavad Zərif arasında telefon danışığı olub.
araz.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.
“Moskva və Tehranın Dağlıq Qarabağ münaqişəsi zonasında görünməmiş miqyasda eskalasiyadan ciddi narahatlıqları ifadə olunub. Suriya və Liviyadan qanunsuz silahlı qruplaşmaların münaqişəyə cəlb edilməsi təhlükəsi vurğulanıb”, – nazirlikdən bildirilib.
“Lavrov Rusiyanın həm milli potensialında, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin“üçlüyü” çərçivəsində regionda sülhün tezliklə bərqərar olması üçün intensiv səylərini qeyd edib. Nazirlər Azərbaycan və Ermənistanla qonşu olan ölkələrin bu məsələdə oynaya biləcəyi mühüm rolu bir daha vurğulayıblar”, – məlumatda deyilir.
araz.az
araz.az xəbər portalı.