turkiyye istanbulBakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini artilleriya atəşinə tutmaqla Ermənistan göstərdi ki, Avropanın enerji təhlükəsizliyi üçün real təhdiddir.

araz.az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın cəzasızlığı onların həyasızlığını daha da artırır:

“Dünya ictimaiyyəti Ermənistanın hərbi əməllərinin qarşısını dərhal almalı və qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan BTC boru kəmərinə kasset tipli raket atıb. Raket Yevlax rayonunda BTC boru kəmərindən 10 metr aralı düşüb. 300+ kasset tipli bombaların qəlpələri ətrafa yayılıb. Boru kəmərinə ziyan dəyməyib.

araz.az

araz.az xəbər portalı.