cebhe4Dəyanət Osmanlı: “Ermənistanın Gürcüstana qarşı ərazi iddialarını gizlətmədiyini nəzərə alsaq…”

Bildiyimiz kimi, Ermənistan dünyanın müxtəlif ölkələrində yaşayan erməni separatçılarını, o cümlədən də PKK və digər terror təşkilatlarının üzvlərini Dağlıq Qarabağa gətirib və bu gün bizə qarşı işğalçı ordunun tərkibində erməni əsgərlərindən daha çox muzdlular döyüşürlər.

Ermənistanın işğalçı ordusuna daha bir separatçı qoşulub. Belə ki, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni separatçılarının rəhbərlərindən biri olan Vaqan Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.

V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtsxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar.

Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir.

Qeyd edilənə görə, V.Çaxalyan 2008-ci il iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü il yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınayıb. Onun sözlərinə görə, V.Çaxalyan erməni katolikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.

  • “Gürcüstan dövləti erməni terrorçu şəbəkə üzvlərinin potensial təhlükə olduğunun fərqində olmalı, onların zərərsizləşdirilməsi yolunda addımlar atmalıdır”

“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan regionda balanslaşdırılmış siyasət yürüdür. “Doğma torpaqlarımızın erməni işğalından azad edilməsi yönündə dövlətimizin başlatdığı hərəkat da bu siyasətə tam uyğundur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  torpaqlarımızın xilas olunması istiqamətində atdığı addımlar xalqımızın iradəsini tam əks etdirir və dünya miqyasında bir qətiyyət nümunəsi olaraq görünür. Xalq dövlətimizin başçısına tam güvənir və ona görə də onun hər bir çağırışına böyük ruh yüksəkliyi ilə cavab verir. Azərbaycan Ordusunun sentyabrın 27-də Dağlıq Qarabağda start verdiyi əks-hücum əməliyyatları torpaqlarımızın erməni işğalından haqlı qurtuluş mücadiləsidir. Terror dövləti olan Ermənistan, eyni zamanda, 30 ilə yaxındır münaqişənin həllinin uzadılmasında marağı olan qüvvələr də artıq anlamalıdırlar ki, işğala son verməyin vaxtıdır. Beynəlxalq təşkilatlar həqiqətən regionda barışın və və sabitliyin tərəfdarıdırlarsa, ikili standartları bir yana qoyub, Ermənistana silahlı dəstələrini Azərbaycan torpaqlarından çıxarmasında təzyiq göstərməlidirlər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal edildiyi ilk dövrdən başlayaraq terrorçuların məkanına çevrilib. Ermənistan özü də terrorçu dövlət olduğuna görə hər zaman türk düşmənçiliyi aparan terror qruplaşmaları ilə əməkdaşlılq edir. Regionumuzda və ölkəmizin daxilində terrorizmin məhv edilməsində və erməni quldurlarının Dağlıq Qarabağdan qovulmasında qardaş Türkiyənin Azərbaycana böyük mənəvi dəstəyi xalqımız tərəfindən məmnunluqla qarşılanır. İnşallah, bu məsələdə türk birliyi Azərbaycanın zəfərini coşquyla qeyd edəcək.

Bu gərgin günlərdə ermənilərin PKK terrorçu təşkilatı ilə sıx əməkdaşlıqda olduğu açıq-aydın görünür”.

D.Osmanlının sözlərinə görə, PKK və başqa ölkələrdəki erməni terrorçularının Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilərək dinc əhalimizə qarşı hərbi əməliyyatlara cəlb olunması Ermənistanın faşist siyasətinin göstəricilərindən, sadəcə, biridir. O qeyd edir ki, Ermənistan rəhbərliyinin apardığı məkrli təcavüzkar siyasətin təkcə Azərbaycan və bütövlükdə, region üçün böyük təhlükə olduğunu ermənilərin başqa ölkələrə qarşı irəli sürdükləri ərazi iddiaları və bununla ilgili son hadisələr də isbatlayır. “Harada olursa-olsun, erməninin bir qatil obrazı var və nə zamansa əsl mənfur niyyətini göstərməlidir. Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni separatçılarının başçılarından biri olan V.Çaxalyan da sosial şəbəkədə Ermənistan işğalçı ordusunun sıralarına qoşulması ilə bağlı məlumat verib. O, Gürcüstanda təxribatçı-diversant kimi ad çıxaran bir şəxsdir. Ermənistanın Gürcüstana qarşı ərazi iddialarını gizlətmədiyini nəzərə alsaq, bu kimi erməni təxribatçılarının qonşu dövlət üçün də ciddi təhlükələr vəd etdiyini vurğulaya bilərik. Gürcüstan dövləti erməni terrorçu şəbəkə üzvlərinin potensial təhlükə olduğunun fərqində olmalı, onların zərərsizləşdirilməsi yolunda addımlar atmalıdır. Bu, regionda əməkdaşlığa və inkişafa da yaxşı töhfə verə bilər” – deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA

araz.az xəbər portalı.