Düşmən növbəti dəfə Füzuli rayonunu atəşə tutub.
araz.az “Report”a istinadən xəbər verir ki, erməni silahlı qüvvələrinin bu gün səhər saatlarında atdığı mərmi Füzuli rayonunun Qarabağ kəndinə düşüb. Nəticədə kənddə yerləşən bir neçə ev dağılıb.
Mərminin düşməsi nəticəsində 3 nəfər kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qarabağ kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin atdığı mərmi onları qorxutmur. Hazırda kənddə həyat öz axarınca davam edir.
Bundan başqa, ermənilər Füzulinin daha bir neçə kəndinə qarşı təxribat törədiblər. Təmas xəttinə yaxın yerləşən Alxanlı kəndinə atılan mərmilər yaşayış evlərinə ciddi ziyan vurub. Mərmilərdən birinin tuş gəldiyi ev isə yanıb.
Bütün bunlara baxmayaraq, Alxanlı sakinləri təsərrüfatl işlərini davam etdirir. Hər zaman olduğu kimi, onlar üçün həyat öz axarı ilə davam edir. Sakinlər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna güvənir.
[bt_youtube url=”https://www.youtube.com/embed/3URXWdZok7U” width=”560″ height=”310″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.