muharibe 1“Humanitar atəşkəs qərarı döyüş xəttində yaranmış humanitar problemlərin həlli üçündür. Burada müharibənin dayanmasından söhbət belə gedə bilməz”.

araz.az  xəbər verir ki, bu sözləri redaktor.az-a hərbi ekspert Ramin Məmmədli deyib. O, humanitar atəşkəs qərarının bir neçə səbəbinin olduğunu bildirib:

“Birincisi, mülkü şəxslərin münaqişənin getdiyi ərazilərdən çıxarılmasıdır.

İkincisi, əsir və itkin düşmüşlərin yerinin müəyyənləşib tərəflərə təhvil verilməsidir.

Üçüncüsü, həlak olan şəxslərin meyitlərinin ərazilərdən yığışdırılmasıdır.

Bu prossin dəqiq müddəti olmur. Bu, 3 gün də çəkə bilər, 3 saat da. Burada tərəflər öz təşəbüssləri ilə vaxt təyin edə, o müddət ərzində də qeyd olunanları edə bilərlər”.

Hərbi ekspert Moskva görüşü ilə bağlı da fikirlərini bildirib:

“Moskva görüşündə əldə olunan razılaşma müharibəyə o qədər də təsir etməyəcək. Çünki bu, müqavilə və ya saziş deyil,sadəcə bir bəyanatdır.

Amma görünən odur ki, Ermənistan tərəfi Moskvada əldə olunan razılaşmaya da əməl etmək istəmir. Bildiyiniz kimi, bu gün səhər saatlarından etibarən düşmən tərəfi atəşkəs rejimini pozur, Azərbaycanın mülkü əhalisini atəşə tutur. Bu da o deməkdir ki, bu razılaşma da münaqişənin gedişatına təsir edə bilməyəcək”.

R.Məmmədli bəzi şəxslərin müharibənin dayandırılması ilə bağlı iddialarına da cavab verib:

“Qarabağ münaqişəsi həll olunub bitməyənə qədər, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmayana qədər bu münaqişə bitməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında davamlı olaraq bildirir. Moskvada əldə olunan razılaşma sadəcə müddətlidir və bu, müharibədə baş verən bir prosedir”.

araz.az

araz.az xəbər portalı.