“Azərbaycan və Ermənistan arasında bu gün yerli vaxtla saat 12:00-dan cəbhə xəttində atəşkəs elan edilib. Azərbaycan Ermənistana işğal etdiyi ərazilərdən son dəfə çəkilmək imkanı verib”.
Turkustan.info-nun xəbərinə görə, Türkiyə XİN-dən yayılan bəyanatda belə bildirilib.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfindən başlayan silahlı qarşıdurmalarda Azərbaycan 30 il işğal altında olan torpaqlarını öz imkanları və özünə inamı ilə geri ala biləcəyini bütün dünyaya sübut edib: “Bu müddət ərzində dünyanın hər yerindən humanitar səbəblərdən atəşkəs elan olunması istənilib. Buna görə də Azərbaycan Ermənistana son bir şans verib”.
Bəyanatda bu atəşkəsin humanizm əsasları ilə əsirlərin və cənazələrin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilib: “Ancaq bu addım başlanğıc üçün vacib bir fəaliyyət olsa da, problemin daimi həllini əvəz etməyəcək”.
“Türkiyə əvvəldən də Azərbaycanın razılıq verəcəyi həll yolunu dəstəklədiyin bəyan edib, bu prinsipinə də sadiq qalaraq həm döyüş meydanında, həm də siyasi danışıqlar masasında Azərbaycanın yanında olmağa davam edəcək”, – deyə bəyanatda bildirilib.
araz.az
araz.az xəbər portalı.