1519677703_1519308921_0001.jpg


“Azercell” keçirdiyi “Diyardan-diyara” layihəsinin iştirakçılarını əvvəlcədən öyrədib videoya çəkib.

Bu barədə layihədə iştirakçı olmuş Könül Əhmədova sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Nar abunəçisi olduğu halda onu layihəyə qəbul ediblər:

“Evdə yoxuq, Turizm.fins və Azercellin birgə laihəsi olan “Diyardan-diyara” adlı proektin iştirakçısı kimi özümə qarşı olan hörmətsizlik və ədalətsizliyə göz yummaq istəmirəm . Deməli, məni bu layihəyə qoşulmağa dəvət edən dostlarıma öncəliklə minnətdaram. Düşündüm ki, layihə ədalətlidir.

Nar mobile istifadəçisi olaraq layihəyə qoşulmuşdum və qoşulmazdan öncə layihənin rəhbərliyi bu haqda məlumatlı idi. Hətta sual verəndə ki, 2-ci və ya 3-cü yerin qalibi olsam, o konturları nə edəcəm? Dedilər ki, biz sizə şəxsən nömrə alıb verərik, istifadə edərsiniz.

Mənim “Boulvared Hotelin” wi fi ilə görüntü çəkdiyimi bilən admin, məndən video çəkilişi zamanı Azercell internet provayderi ilə qoşulduğum haqda yalan danışmağımı rica elədi. Daha sonra statistikanı izləyən dedi ki, guya birinci yerə təyin olunan qalib videoya dollar reklamı qoyub (bütün yazışma var). Mən də dedim ki, elə olacağın bilsəydim mən də edərdim, çünki mən dollar reklamı qoymaq istəyəndə, deyildi ki, bu qaydalara ziddir. Dedim, əgər qaliblər qaydalardan çıxıbsa, rəsmi müraciət edib, öz haqqımı tələb edəcəm. Bunu bilən admin qorxusundan məni Azercell istifadəçisi olmadığım üçün dərhal layihədən uzaqlaşdırdı və videomu səhifədən sildi. Mən istəyirəm ki, Azercell iştirakçıların haqqının tapdalanmaması üçün səy göstərsin! Təşəkkürlər.” (primetime)

“Azercell”in lahiyələrində fırıldaq - Nar abunəçisini layihəsinə qoşdu, daha sonra qovdu

 

araz.az xəbər portalı.