xlopotovErmənistan tərəfinin xahişi ilə elan edilmiş humanitar atəşkəs zamanı erməni hərbçilərin Gəncə şəhərinə açdığı atəş varvarlıq aktıdır.

araz.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

A.Xlopotov bildirib ki, ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı etdiyi hərəkət xristian əxlaqına uyğun gəlməyən terror aktıdır:

“Qarabağdakı vəziyyəti şərh edəndə dəfələrlə demişəm ki, regionun işğaldan azad edilməsi üzrə əməliyyat antiterror statusu daşımalıdır. Çünki işğalçı rejimin terror mahiyyəti öncədən aydın görünürdü. Bundan başqa, onu da əlavə etmək istəyirəm ki, dinc sakinlərə və uşaqlara açılan atəşə görə İrəvanla yanaşı, atəşkəs danışıqlarının vasitəçisi olan Moskva da məsuliyyət daşıyır.

Kreml müttəfiq olaraq hansı canavarı seçdiyini başa düşməlidir”, – deyə ekspert qeyd edib.

 

 

araz.az

araz.az xəbər portalı.