imranxanPakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edib. 

Turkustan.info xəbər verir ki, Baş nazir qardaş Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanında olduğunu bəyan edib. 

İmran Xan Azərbaycan ilə işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb:

“İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə regionda sülhün bərqərara olması üçün vacibdir. Dost Azərbaycan xalqı və dövləti bizim etibarlı müttəfiqimizdir. Əgər qardaş Azərbaycan dövləti bizdən hərbi dəstək istəsə, Pakistan Ordusunun bütün silahları qardaş ölkənin sərəncamındadır”.

araz.az

araz.az xəbər portalı.