Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub.
Araz.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında deyilib
İclasda ötən il hakimliyə namizədlərin seçimi prosesinin davam etdiyi, şəffaf prosedurlarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizədin 2017-ci ilin yanvar ayından uzunmüddətli tədrisə cəlb edildiyi vurğulanıb. Kurs zamanı onların beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm verilib, bütün hakimliyə namizədlər Türkiyədə, habelə Avropa İnsan Hüquqları Məhkəməsində nəzəri və praktiki təlimlər keçiblər.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb. Axar.az
araz.az xəbər portalı.