Screenshot 1 48Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.   /Cebhe.info/

araz.az xəbər portalı.