“Azərbaycan və onun Silahlı Qüvvələrinə dair saxta video və fotoların hazırlanmasında Aram Qabrelyanov adlı şəxs mühüm rol oynayır”.
Turkustan.info xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
“Ermənistanın dezinformasiya və feyk məlumatlar “istehsal”ında Rusiyadakı “Life News” media holdinqinin sahibi Aram Aşotoviç Qabrelyanov rolunu aktivləşdirib. Qabrelyanovun İrəvana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupda yer alıblar.
“İstehsal”a fotolar, videolar, səs yazıları, sosial şəbəkədə paylaşımlardan skrinşotlar və s. daxildir”, – jurnalist bildirib.
araz.az
araz.az xəbər portalı.