Screenshot 1 60Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədədirlər.

araz.az  xəbər verir ki, dövlət rəsmiləri Gəncə hadisə yerindədirlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib.

Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

araz.az

araz.az xəbər portalı.