ilham esas“Şanlı Azərbaycan ordusu bundan sonra da düşməni Azərbaycan torpaqlarından qovmağa davam edəcək. Füzuli əməliyyatı rəmzi məna daşıyır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir:

“Füzuli istiqamətində yerləşən hərbi qüvvələrimiz orada döyüşlər aparırdı. Təbii ki, bu, sirr deyil. Biz Füzulini hansı hərbi peşəkarlıqla, rəşadətlə işğaldan azad etdiyimiz heç kimə sirr deyil. Ondan əvvəl Cəbrayıl şəhəri, Hadrut işğaldan azad edildi.

Xocavənd, Cəbrayıl, o cümlədən, Füzulinin bir çox kəndləri işğaldan azad olundu. Məhz ondan sonra Füzuli şəhərini düşməndən azad etdik. Düşmən öz silahını yerə qoyub qaçmışdı. Mən tam əminliklə deyirəm ki, Azərbaycan ordusunun Füzuli əməliyyatı, eləcə də, digər əməliyyatları hərbi kitablara daxil ediləcək”.

araz.az xəbər portalı.