01-2-690x450.jpg


 Bir müddət əvvəl Bakı şəhəri 220 nömrəli məktəb – liseyi ilə bağlı qalmaqallı video yayılmışdı. Tanınmış aktyor və rejissor Rza Rzayevin oduğu görüntülərdə məktəbin direktoru ilə mübahisə baş verirdi. 

Məktəbin direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və mətbuata vermişdi. Bu məsələ ilə bağı Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) araşdırma aparıb, bu araşdırmanın nəticəsi olaraq mətbuata açıqlama yaymışdı.

“Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib. Hazırda məsələ ilə bağlı BŞTİ tərəfindən də müvafiq araşdırmalar aparılır” – məlumatda deyilir.

Araz.az xəbər verir ki, Ayaz Hüseynov adlı sosial şəbəkə istifadəçi Yotube kanalında həmin məktəbin direktorunun yoxlama aparan BŞTİ-nin əməkdaşları ilə birlikdə videogörüntülərini yayıb. Videodan görünür ki, məktəb direktoru BŞTİ-nin əməkdaşları ilə yeyib-içir. Yoxlama aparan idarənin işçilərinin direktorla yeyib-içməsi qanun və qaydaların nə qədər pozulduğunu göstərir.

Bundan başqa, həmin məktəbin müəllimi Xanım Qasımova Facebook səhifəsində növbədənkənar iclasın çağrılması üçün kollektivin bir çox üzvlərinə təqdim olunan kağıza imza atdıqlarını yazıb. X.Qasımova qeyd edir ki, növbəti gün mətbuatda o imza vərəqlərinin birində Zeynəb Rzayevanın rüşvət alması ilə  bağlı ittihamlar yazıldığını görəndə təəccüblənib:

“Biz bilmədən, sənədi oxumadan imza etmişik və bu imzalar ictimailəşib. Sözsüz ki, bu ittihamlara şahidlik etməyə haqqım yoxdur, hələ indiyə kimi bununla bağlı hər hansı faktın şahidi də olmamışam, əksinə, hər zaman Zeynəb müəlimə tərəfindən diqqət görmüşəm. Yaxınlarım övladını məktəbə yazdıranda rüşvət istəyən  də olmayıb”.

avropa.info

araz.az xəbər portalı.