Aksiyada müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, ” “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib
Dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar oktyabr ayının 16-dan 17-nə keçən gecə ermənilərin Gəncədə dinc əhaliyə qarşı törətdiyi terroru dünyaya çatdırmağa çalışıblar. Niderlanddakı Azərbaycan diasporu Haaqada Niderland Parlamentinin yaxınlığında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.
Niderlandda azərbaycanlı icmasının təşəbbüsü ilə keçirilən aksiyada diaspor təşkilatlarının üzvləri və üzv olmayan soydaşlarımız iştirak ediblər. Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonların ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.
Bundan başqa, Texas ştatının Hyuston şəhərində, Norveçin Stavanger şəhərində və Rusiyanın Sankt-Peterburq şəhərində, Türkiyənin İstanbul şəhərində, Gürcüstanın Tbilisi şəhərində, Koreyada və Latviyada Gəncədə törədilən terror aktları nəticəsində həlak olan həmvətənlərimizin xatirəsi anılıb, erməni terroru pislənilib. /sputnik.az/
araz.az xəbər portalı.