1519642412-793.jpg


 Amerikalı generaldan Türkiyə etirafı

Araz.az xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ – CİA) keçmiş başçısı general David Petrus türklərin vətənləri və dinlərini müdafiə edərkən, heç nədən qorxmadıqlarını və bu səbəbdən fərqli olduqlarını bildirib. O, Amerika ilə Türkiyə arasında açıq döyüşlər baş verəcəyi təqdirdə nələr ola biləcəyi sualının cavabında türklərin ərəblərdən fərqli olduqlarını vurğulayıb: “Belə variantla qarşılaşdırda iki dəfə düşünməliyik. Türklərdən danışırıq, nəzarətimiz altında olan ərəblərdən yox. Nizamlı taktikaya və bizdə də belə olmayan intizamlı orduya sahibdirlər. Geri çəkilmək onların xarakterinə yaddır və bunun mümkün ola biləcəyini heç düşünmürlər. Əlbir şəkildə döyüşən bir millətdirlər. Ehtimal hesablamaları aparmırlar, torpaqları və dinləri uğrunda döyüşərkən heç nə onların gözlərini qorxutmur. Son iki il içərisində ABŞ PYD-yə texniki məlumat dəstəyi versə də, Türkiyə qarşısında heç bir uğur əldə edə bilməmişdilər. Bunu deməyə ixtiyarım yoxdur, lakin sırf bu uğursuzluq səbəbindən onlarla amerikalı general ya işdən qovulub, ya da təqaüdə göndərilib. Ölkəyə daxil olan hər bir amerikalı və ya avropalı turist addım-addım izlənir. Hazırda belə bir böhranlı vəziyyət həm bizim üçün, həm də dünyanın qalan hissəsi üçün böyük bir risk təşkil edir”.

Hurriyyet.org

araz.az xəbər portalı.