ceyhunOktyabrın 21-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb.

araz.az xəbər portalı.