“Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”.
araz.az xəbər verir ki, bunu AzTV vasitəsilə xalqa müraciət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
“Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, – Prezident vurğulayıb.
“Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!..
…Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndürə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”.
Ölkə başçısı bildirib: “Qoşulmama hərəkatına üzv dövlətlər kişi kimi bizim arxamızda durdular, necə ki, biz onların arxasında dururuq.
Ali Baş Komandan deyib ki, biz haqq yolumzudan dönməyəcəyik:
“Beynəlxalq hüquq bizim tərəfimizdədir. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Yoxsa, axıra qədər gedəcəyik, sonacan gedəcəyik! Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”.
Prezident deyib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan heç kimdən kömək istəmir:
“Sadəcə bizə mane olmasınlar, çəkilsinlər yolumuzdan. Bu müharibə bitəcək, amma həmin dövlətlər hansı üzlə bizə müraciət edəcəklər?! Bir aydır bunlara dözürdüm, amma nə qədər dözmək olar?! Vasitəçi neytral olmaldır, əgər neytral deyilsə, getsin üzvlüyünü geri götürsün. Beş rayon deyirdilər. O beş rayonun böyük hissəsi bizdədir”.
Prezident qeyd edib ki, bir neçə gün sonra Cenevrədə xarici işlər nazirlərinin görüşünü təyin ediblər.
“Etsinlər, mənim etirazım yoxdur. Problemi həll etməyən bu cür görüşlər çox olub. Mən deyirəm bu görüş mənasızdır. Görüş problemin həlli üçün olmalıdır. Sizin bir sözünüzlə Ermənistan Azərbaycan torpaqlarından çıxa bilər, amma bunu etmirsiniz.
Biz hazırıq ki, məsələ hərbi siyasi yolla həll olunsun. Amma yetər ki, həll olunsun. Hərbi siyasi həll Azərbaycan torpaqlarının bütövlüyündən keçir”.
araz.az
araz.az xəbər portalı.