ermenistan e1603807117713

2020-ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri göstərdi ki, Ermənistan bunu almaq imkanında deyil, ona bu silahlar pulsuz verilib.

Turkustan.info-nun məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlı bildirib ki, iqtisadi təhillər göstərir ki, Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək. O qeyd edib ki, Ermənistan təkcə hərbi texnika baxımından itkilərə məruz qalmayıb, eyni zamanda böyük iqtisadi zərər görüb.

V.Qasımlı bildirib ki, Ermənistanda artıq ərzaq böhranın işartıları var, investorlar ölkədən qaçır, Ermənstanın kredit reytinqi aşağı düşüb: “Belə olduğu halda Ermənistanın xarici borc alması da mümkün deyil. Onun xarici borcları ÜDM-nın 60 faizini keçib ki, bu da qırmızı xətti keçmək deməkdir”.

V.Qasımlı bildirib ki, Ermənistan Azərbaycana həm hərbi müharibədə, həm də iqtisadi müharibədə uduzub. Ermənistanın bütün resursları Azərbaycandan dəfələrlə azdır. Ermənistanın valyuta ehtiyyatları Azərbaycanın valyuta ehtiyyatlarından 20 dəfə azdır. Ermənistanın uduzmasını istəməyənlər ona dəstək göstərir, lakin bu da davamlı olmayacaq.

V.Qasımlı odur ki, Ermənistanın çıxış variantı odur ki, mümkün qədər tez öz qoşunlarını işğal edilmiş Azərbaycan torpaqlarından çıxarsn. O bildirib ki, Ermənistanda milli valyuta olan dramın devalivasiyası qaçılmazdır. Bu gün Ermənistanda alıcılıq qabiliyəti kəskin aşağı düşüb. Ermənistanı saxlayan kənardan gələn yardımlardır və bu yardımlar da artıq azalır. Bu baxımdan Ermənistanın Azərbaycan qarşısında uzun müddət tap gətirəcəyi mümkünsüzdür.

araz.az xəbər portalı.