Levon Ter-Petrosyan: Putin bütün səmimiyyətlə dedi ki, Ermənistan hakimiyyətinin əvəzinə Qarabağ məsələsini həll edə bilmərəm
Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı məktuba və bu müraciətə cavabına münasibət bildirib.
Levon Ter-Petrosyan deyib:
“Nikol (Ermənistan Baş naziri Nikol Paşinyan – red.) Vladimir Putinə bir xahişlə bir məktub göndərdi.
Putin bunu Xarici İşlər Nazirliyi vasitəsi ilə cavablandırdı.
Başa düşmürsən onun nə dediyini? Bunu da başa düşmürsənsə, vay bizim halımıza!
Bütün səmimiyyət və nəzakətlə yalnız aşağıdakıları söylədi:
Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma başa düşdüm, nəhayət, sizin əvəzinizə Qarabağ məsələsini həll edə bilmərəm ”.
araz.az xəbər portalı.