koronavirus 8SsssSSssSS

Azərbaycanda gündəlik yoluxma kəskin artıb. Belə ki, noyabrın 1-də koronavirus (COVID-19) infeksiyasına 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb,10 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının atmaması və nəqliyyatda sıxlığın qarşısını almaq üçün iş saatının dəyişdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Konkret.az-a açıqlamasında dosent Ədalət Rüstəm bildirib ki, iş saatlarının dəyişməsi mütləqdir:

“Dəfələrlə demişik ki, tədbirlər görülməsə, yoluxma sayı iki minə yaxınlaşa bilər. İş saatları dəyişdirilməlidir. Yəni bir qisim vətəndaşların iş saatı 8-də, digərinin 9-da və ya 10-da başlamalıdır. Yoluxma sayının artmaması üçün “sms icazə” və “evdə qal” karantininə keçmək, rayonlar üzrə növbəli iş rejiminə başlamaq lazımdır. Yəni 8-də işə başlayan saat 3-də, 9-da başlayan isə 4-də çıxmalıdır. Gərək insanlar eyni saatda avtobusa minməsinlər. İkinci dalğada yoluxan insanlar xəstəliyi yüngül keçirir”.

araz.az xəbər portalı.