Qondarma “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyanın bu gün yayılmış iclasının video-görüntüsündə ABŞ ordusunun işarəsini üzərinə vurmuş şəxsin kimliyi bəlli olub.
Turkustan.info axar.az-a istinadla xəbər verir ki, bu şəxs qondarma rejimin hazırkı “milli təhlükəsizlik xidmətinin” rəhbəri Kamo Ağacanyandır.
Ağacanyan 1971-ci ildə ildə Xocavəndin Hadrut qəsəbəsinin Edilli kəndində anadan olub. O, 2013-cü ildə qondarma rejimin “polis”inə rəhbər gətirilib. Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra onun təzyiqləri sayəsində qondarma rejimin o zamankı “lideri” Bako Saakyan Ağacanyanı istefaya göndərib, daha sonra isə özünün xüsusi məsələlər üzrə nümayəndəsi təyin edib.
Araik Arutyunyan terrorçubaşı seçildikdən sonra isə may ayında Ağacanyanı hazırkı “vəzifəsi”nə gətirib.
Ağacanyanla bağlı daha maraqlı detal onun atasının azərbaycanlı olmasıyla bağlıdır. Belə ki, onun atasının azərbaycanlı olduğu və bu şəxsin 1988-ci ilə qədər özünü Kərimov Kamo Əkbər oğlu kimi təqdim etdiyi haqda məlumat var. Bildirilir ki, onun atası Əkbər Kərimov erməni separatçılarının terror hücumu başlayarkən Qarabağdan ayrılmağa məcbur olub. Övladı Kamo isə erməni anası ilə qalıb və Kamo Əkbəroviç Ağacanyan adını götürüb.
K.Ağacanyan azərbaycanlılara qarşı terrorda aktiv iştirak edib və özünü erməni dayılarına sevdirə bilib. Bunun nəticəsində yüksək vəzifə alıb.
Ağacanyanın niyə ABŞ ordusunun emblemini üzərində daşımasına gəlincə isə, bu, hələlik naməlumdur.
Qeyd edək ki, sözügedən tədbirin də yeni olmadığı haqda iddialar var.
araz.az xəbər portalı.