1604384858 20201103 102626

Hər zaman ölkəmizin həssas və taleyüklü vaxtlarında qardaş Türkiyə dövlətinin Azərbaycana siyasi və mənəvi dəstək verməsinə baxmayaraq, görəsən Necdat Uzun Mustafa oğlunun və adı çəkilən bu şəxsin ailə üzvünə məxsus bir neçə milyonluq əmlakın əlindən alınmasında hansı gizlinlər səbəb olub?

​ ​Son vaxtlar ölkəmizin hüquq-mühafizə orqanları və digər sahələrində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər və s. formalaşmaqdadır.​ Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, qanunçuluğun keşiyində duran və üzərinə düşən vəzifə borcunu qanunun tələb etdiyi müstəvidə yerinə yetirməyə borclu olan şəxslərdən bəzilərinin, məhz qanunun tələblərinə biganə yanaşmaları olur. Məsələn, bugünlərdə Gundem Xeber.Az saytının redaksiyasına olduqca sensasiya doğura biləcək məlumatlar daxil olub. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs, Y.Hüseynov küç, döngə-3, ev-15, mən-4 ünvanında qeydiyyatda olan və yaşayan Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərova və Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Necdet Uzun Mustafa oğlu həm özünün, həm də həyat yoldaşının adından redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir: “Mən həyat yoldaşım Məmmədova Nailə Maarif qızı ilə 22 may 2003-cü il tarixdə ailə həyatı qurmuşam və birgə nikahımızdan ikı övladımız var. Qeyd olunan tarixdən Azərbaycan Respublikasının ərazisində yaşayıram və ötən illər ərzində müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Dövlətimizin müəyyən etdiyi vergi və imtiyazları hər zaman canbaşla yerinə yetirmişəm. Hər kəsə bəllidir ki, ana vətənim Türkiyə Cumuriyyəti ilə Azərbaycan Respublikası qardaş dövlətdirlər. Mən Azərbaycanda yaşadığım illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Azərbaycanda yaşayıb ailə həyatı qurduğuma və övladlarımın burada doğulmalarına gorə heç də peşman deyiləm və o, böyük Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da Azərbaycanda yaşamaq niyyətindəyəm.

Azərbaycanda türk vətəndaşının əmlakı hansı fırıldaq yollarla ələ keçirilib? - ŞOK FAKTLAR

​ ​ ​ ​ Qeyd edım ki, bugünə kimi başıma gətirilən olayların əsas səbəbkarı, məhz Abdullayev Rövşən Hüseyn oğludur. Bu şəxs artıq 12 ildir ki, bizə məxsus əmlakımızı əlimizdən alıb və belə bir səbəb üzündən də, bir neçə ildir ki, ağır duruma düşmüşük. Bildirmək istəyirəm ki, Rövşən Abdullayev bizə məxsus əmlakı əlimizdən almaqla kifayətlənməmiş, o, hətta müxtəlif vaxtlarda şər və iftiralar ataraq məni, ailəmi və əzizlərimi hədələmişdir. Hazırda maddi vəziyyətımiz o qədər ağır duruma düşüb ki, bu gün heç cür dolana bilmirik və ötən illər ərzində çoxsaylı məhkəmə proseslərində iştirak etmişik.

​ ​ ​ Bildirim ki, 1997-ci ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində olan bütün əmlaklarımı satıb Azərbaycana köçdüm və əldə etdiyim pul vəsaitlərimi Bakı şəhərində biznesə yatırdım. 2004-cü ildə qardaşım Naci Uzun Mustafa oğlu birlikdə “Lüks Sönməz” MMC təsis etdik. Təsis etdiyimiz bu MMC-nin balansında indiki Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın yaxınlığında, daha dəqiq desəm Sumqayıt şössesi-6 ünvanında 0,79 ha toraq sahəsi var idi. Qevd edim ki, bu gün həmin torpaq sahəsinin üzərində 56 obyekt fəaliyyət göstərir və onların hər birini öz vəsaitimlə ərsəyə gətirmişəm. Yəni, həmin obyektlərin hər birində mənim əməyim və əziyyətim var. Bunu orada çalışan şəxslər də təsdıq edə bilərlər. Qeyd olunan əmlakın ərsəyə gətirilməsi üçün “dəridən-qabıqdan çıxdım” və bütün var-dövlətimi həmin əmlakların əmələ gəlməsinə sərf etdim. Həyat yoldaşımın adına müxtəlif banklardan kreditlər götürdüm. 2007-cı ildə əmlakım tam işlək vəziyyətdə olarkən Abdullayev Rövşən Hüseyn oğlu adlı bir şəxs mənə yaxınlaşdı və qeyd olunan ərazini almaq niyyətində olduğunu bildirdi. Həmin vaxtlarda bu ərazini kiməsə satmaq fikirində deyildim. Buna baxmayaraq o, mənə təklif etdi ki, qeyd olunan ərazidə onun üçmərtəbəli ticarət mərkəzi inşa etmək məqsədi var. Rövşən Abdullayev onu da vurğuladı kı, mən ona torpaq sahəsi versəm, o da, qeyd olunan ərazidə tikinti ışlərini tam şəkildə başa çatdıra bilər. Çox çəkçevirdən sonra Rövşən Abdullayev məni bu məsələ barədə razı sala bildi. Son olaraq belə bir şərt daxilində razılığa gəldik ki, Rövşən Abdullaye “Lüks Sönməz” MMC-nə təsisçi kimi qəbul olunsun və o, bunun müqabilində üç il ərzində aparacağı tikinti işlərini tam şəkildə başa çatdırmalı idi. Tikinti işlərini qeyd olunan vaxtda başa çatdırmayacağı təqdirdə isə, Rövşən Abdullayev təsisçilikdən çıxmalı idi. Beləlıklə, bu məsələ ilə bağlı aramızdakı müqavilə sənədini notarial qaydada təsdıq etdirdik və əslində bundan sonra mənim və ailəmin qara günlərı başladı.

​ ​ ​ Onu da qeyd edim ki, Rövşən Abdııllayev həmin vaxtlarda mənə 170.000 manat məbləğində borca pul verdi və həmin pulu “Lüks Sönməz” MMC-nin bəzi sənədləşmə işlərinə sərf etdim. Bu şəxs üzərinə götürdüyü öhdəliyi qeyd olunan müddət ərzində yerinə yetirmədi və bunun səbəbini soruşduqda o, hər dəfə mənə müxtəlif bəhanələr danışdı. “Lüks Sönməz” MMC-nin əmlakı necə var idisə eləcə də qaldı və bundan sonra vəziyyətim günü- gündən ağırlaşmağa başladı. Çünki, əmlakıma sərf etdiyim və banklardan kreditə götürdüyüm borclarımı geri qaytarmalı idim. Son anda şirkəti satmaq qərarına gəldim. Belə bir qərara gəlməyimə baxmayaraq, Rövşən Abdullayev əmlakın 50 faiz payçısı olduğu üçün o, buna razılıq verməli idi. Elə ki, o, buna razı olmadı, o halda məcbur olub onu payçı kimi təsisçilikdən çıxartmaq üçün məhkəməyə müraciət etməli oldum. Çox keçmədi ki, Rövşən Abdullayev hansısa yollarla məhkəməyə təsir etdi və həm vaxtı, həm də işi uzatdı. Tapdığım alıcılar isə, vəziyyətin belə bir durumda olduğunu görüb şirkəti almaqdan boyun qaçırdılar. Çünki, onlar gözləyə bilmirdilər. Bundan sonra Rövşən Abdullayev düşdüyüm vəziyyətdən sui-istifadə etdi və bıldırdi ki, o, borca verdiyi 170.000 manat pulu 55 faizlə hesablamış və bu pulun faizi üstüstə 785.000 manat pul edir. Çox keçmədi ki, Rövşən Abdullayev həmin pulu qaytarmağımı tələb etdi və mənə “Əgər pulu verməsən, o halda alqı-satqı müqaviləsinə imza atmaqdan imtina edəcəyəm” dedi. Onun belə bir israrlı tələbindən sonra çıxılmaz vəziyyətdə qaldım və sonda adı çəkilən bu şəxsin şərti ilə razılaşmalı oldum. Belə ki, həyat yoldaşım Məmmədova Nailə Marif qızı “Lüks Sönməz” MMC-nin təsisçilərindən biri olduğu üçün, onunla ​ Abdullayev Rövşən Hüseyn oğlu arasında notarial qaydada kredit müqaviləsi imzaladıq və qeyd olunan əmlak satıldıqdan sonra, məhz həmin pulun ona qaytarılacağı ilə bağlı razılığa gəldik. Biz həmin vaxt Abdullayevin digər kələyindən xəbərsiz idik.

​ ​ ​ ​ ​ Bir neçə alıcı əmlakımızı almaq istəyi ilə bağlı bizə müraciət etsə də, Rövşən Abduilayev hər dəfə onları ərazidən uzaqlaşdırır və alqı-satıqı işlərinə mane olurdu. Belə ki, onunla aramızda olan kredit müqaviləsının vaxtı başa çatdıqdan sonra o, məhkəmyə müraciət etdi və kredit müqaviləsində qeyd olunmuş 170.000 manat pulu və ona hesablanmış faiz borcunu bizdən tələb etdi. Çox keçmədi ki, başımız məhkəmələrə qarışdı və nədənsə o, hər məhkəmədə bizə qalib gəlməyi bacardı. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəsini almış qərarı Binəqədi Rayon İcra və Probasiya Şöbəsmə göndərildi. Burada da çoxsaylı qanunsuzluq halları baş verdi. Əvvəlcə Binəqədi Rayon Icra və Probasiya Şöbəsi mənə məxsus olan əmlakı təxminən 1.500.000 manat dəyərində qiymətləndirdi və xəbərim olmadan mənə məxsus olan 50 faiz payımı da, məhz Rövşən Abduilayevin adına rəsmiləşdirir. Bundan sonra o, heç bir halda bizi əmlakımıza yaxın buraxmadı və müxtəlif vasitələrlə mənə təzyiqlər etməyə başladı. Əslində bizim əmlakın dəyəri təqribən 4-5 milyon manat civarında ıdi. Buradan da görünür ki, o,​məqsədli şəkildə bizə məxsus olan əmlakı ələ keçirmişdir. Belə bir olaylardan sonra, əmlakımızın qiymətləndirilməsi məqsədilə təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdim və bu dəfə əmlakımız 4.500.000 manat dəyərində qiymətləndirildi. Çox keçmədi ki, Rövşən Abdullayev çıxarılmış məhkəmə qətnaməsindən apelliyasiya şikayəti verdi və Bakı Apellyalsiya Məhkəməsində təkrar ekspertiza keçirildi. Bu dəfə bizə məxsus olan əmlak 1.918.700 manat məbləğində qiymətləndirildi. Bu dəfə həmin qətnamədən kassasiya qaydasında Ali Məhkəməyə müraciət​ etdim və işə yenidən baxılması üçün, iş materialları Bakı Apellyasiya Məhkəməsinə geri qaytarıldı. Təkrar ekspertiza təyin olunsa da, nə iştirakımız, nə də ki, qaldırdığımız vəsatətlərin heç biri təmin olunmadı. Məhkəmə tərəfindən yenidən iş üzrə təyin olunmuş ekspertiza üzrə rəy verən ekspert, əvvəl müstəqil rəy verən ekspert kimi, əmlakımızın dəyərini 1.968.700 manat qiymətləndirdi.

​ ​ Tərəfımizdən verilmiş təkrar vəsatət əsasında məhkəmə əmlakımızın dəyəri barədə daha dəqiq rəy almaq məqsədilə,​ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib. Baxmayaraq ki, Bakı Apelllyasiya Məhkəməsi tərəfindən əvvəlcə qiymətləndirilmə keçirilmiş və MBA LTD MMC-nin MB13/661 saylı 23 iyun 2020-ci il tarixli rəyində “Lüks Sönməz” MMC-ə məxsus torpaq sahəsinin real bazar qiyməti 1.587.200 manat, qeyd olunan torpaq sahəsi üzərində inşa olunmuş tikilinin qiyməti 363.000 manat qiymətləndirilməklə, ümumi qiymətin 1.950.200 manat olması qənaətinə gəlinmişdir. Son olaraq Bakı Apelllyasiya Məhkəməsi hesab edir ki, əsl həqiqətin aşkara çıxarılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ​ Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi-3 saylı ünvanda yerləşən 0,79 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiymətinə uyğun mütəxəssis rəyi alınmalıdır. Belə bir səbəblər üzündən də, Bakı Apelllyasiya Məhkəməsi Mülki Prosesual Məcəllənin 97, 263, 264 və 400-cü maddələrinin tələblərini əsas tutaraq, “Lüks Sönməz” MMC-ə məxsus ümumi əmlakın dəyərinin real bazar qiymətinin müəyyən olunması üçün, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təkrar rəy verilməsi üçün sorğu göndərib.

​ ​ ​ Bütün bunları sizə bildirməkdə məqsədim ondan ibarətdir ki, üz-üzə qaldığım belə bir problemin həllində mənə imkan daxilində öz köməkliyinizi göstərəsiniz. Məndə olan məlumata görə Rövşən Abdullayev hər vasitə ilə əmlakımı ucuz qiymətə qiymətləndirtdirir ki, qarşısına qoyduğu məqsədinə çata bilsin. Artıq neçə ildir ki, o, bizə məxsus əmlakı faktiki olaraq idarə edir və lazımi qədər gəlir də götürür. Bu gün Rövşən Abdullayev bizə öz əmlakımızın həndəvərinə yaxınlaşmağa heç cür imkan vermir. Qeyd etdiyim belə bir halların varlığını əsas tutaraq, ilk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədovdan, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafızə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri cənab Fuad Ələsgərovdan və digər vəzifə sahiblərindən artıq dərəcədə xahiş edirəm ki, üz-üzə qaldığımız belə bir problemi öz nəzarətlərinə götürsünlər və məsələnin ədalətli həlli üçün, aidiyyatı dövlət qurumlarına lazımi tapşırıqlarını da versinlər. Ümidvaram ki, bu açıqlamada qeyd olunanlar gectez haqqın, ədalətin qələbəsi ilə nəticələnəcək”.

​ ​ P.S. Bütün bunları qeyd etməklə belə bir qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanın öz doğma vətəni hesab edən Necdat Uzun Mustafa oğlunun və bu şəxsin həyat yoldaşı Məmmədova Nailə Maarif qızının üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməz haldır. Çünki, hər zaman Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə ölkəmizin mövqeyini müdafiə edib yanında duran, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması, həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə, heş bir normaya sığmır.

​ Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

GundemXeber.Az

araz.az xəbər portalı.