Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı sahəsində görülən işləri də işıqlandırmağı, əyalətlərdə həyata keçirilən tərəqqiyönlü tədbirlərə gərəkən informasiya dəstəyi verməyi KİV olaraq fəaliyyətimizin prioritet istiqamətlərindən biri hesab edirik. Əlbəttə ki, region xəbərləri hazırlayan media üçün əsas informasiya mənbəyi kimi yerli icra hakimiyyətlərinin hesabatları xidmət edir. Ancaq hərdən həmin hesabatlarda dəqiqləşdirilməsinə ehtiyac duyulan məqamlara rast gəlinir. Belə ki, Saatlı RİH-nin internet saytında təqdim olunmuş hesabatında rayonun sakinləri tərəfindən yuxarı orqanlara olunan müraciətlərin təhlili də verilmişdir. Həmin təhlildən ortaya çıxan nəticələrdən biri də bu olmuşdur ki, ayrı-ayrı vətəndaşlar aramsız olaraq yuxarı orqanlara müraciət yazmağı vərdişə çevirmişlər. Buna misal olaraq, hesabatda rayonun 14 yaşayış məntəqəsindən vətəndaşlar tərəfindən keçən il yalnız Prezident Administrasiyasına 345 müraciətin daxil olduğu, bunun da ümumi müraciətlərin 74,7 faizini (xüsusi çəkisini) təşkil etdiyi vurğulanmışdır.
araz.az xəbər portalı.