esgerlerimizs.s.s.s.ss.s.sk

Cəbhədə rüsvayçı məğlubiyyətlərini ört-basdır etməyə çalışan ermənilər daha bir gülməli yalana əl atıblar. Az qala dünyanın yarısının Azərbaycan Ordusunun tərkibində döyüşdüyünü iddia edən ermənilər indi də cəbhədə Türkiyə xüsusi təyinatlarını öldürdüklərini iddia ediblər. Bir türk XTQ-si qalmışdı, ermənilər onu da Ordumuza “gətirdilər”.

Təsəvvür edin, cəmi 2 milyon əhalisi, maksimum 40 min ordu saxlamaq imkanı olan Ermənistan deyir ki, Qarabağda 110 minlik Azərbaycan Ordusu ilə yanaşı, Türkiyənin və Pakistanın elit dəstələri vuruşur. Üstəlik, guya suriyalı muzdlular da “işin qulpundan yapşıb” bizə kömək edirlərmiş.

Təsəvvür etdiniz? Edə bilməzsiniz! Çünki ağlı başında olan heç bir insan buna inamaz və belə bir iddia irəli sürməz.

Əslində Qarabağda nələr baş verir?

1. Erməni əsgərlər milçək kimi qırılırlar – konkret videofaktlar var.

2. Ermənistana məxsus texnikalar hər gün sıradan çıxarılır – MN hər gün video yayır.

Ermənilər hələ də bu suala cavab verə bilmirlər: Azərbaycan Ordusu sizin bu qədər qüvvənizi, texnikanızı məhv edir, bəs yenilərini hardan tapıb çıxarırsınız?

10 mindən çox itki verdiyiniz bildirilir: hələ bunun yaralılarını da gəlin üstünə. Ermənistan Ordusu faktiki olaraq yoxdur artıq. Ancaq hələ də Ordumuza müqavimət göstərən işğalçılar var axı. Hardan gətirirsiniz bu qədər canlı qüvvəni?

“Canlı qüvvə” deyirəm, gülməyim gəlir. Onlar artıq Ordumuz üçün canlı qüvvə yox, canlı meyitdir.

Biz onillərdir erməni yalanlarının, həyasızlığının şahidi oluruq. Amma hər dəfə daha bir ağlasığmaz iddia irəli sürərək, bizi təəccübləndirə bilirlər. Artıq dünya da onların bu iddialarına gülür.

 

Birazdan deyəcəklər ki, Azərbaycan cəbhəyə İsraildən gülləkeçirməz, oddayanmaz, sudabatmaz və canıgetməz əsgərlər gətiriblər. İnanın, bunu da gözləyirəm onlardan.

Əslində, mən ermənilərin Qarabağda onlara qan udduran Azərbaycan Ordusunun gücünə şərik qoşmaqlarının səbəbini bilirəm. Bu debil tayfa illərdir gülünc bir təbliğatla böyüyüb: “ermənilər dünyanın ən döyüşkən xalqıdır, azərbaycanlılar isə döyüşə bilmirlər”.

Məhz özləri haqda yaratdıqları bu mifin dağılmasını, bu “güclü xalq”ın əslində hansısa böyük ölkələrin tulası olduğunun sübut edilməsini qəbul edə bilmirlər.

İndi əksər ermənilər bu sualı verir: “Necə ola bilər axı? Biz necə məğlub ola bilərik? Azərbaycanlılar doğrudan güclüdür?”

Fikrimcə, ermənilər bu sualların cavabını Mübariz İbrahimovun onlara şok yaşatmasından, Ordumuzun dağıdıcı zərbələrindən və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videolardan öyrənə bilərlər. 

 

araz.az xəbər portalı.