zaxarovajpg

“Moskva Dağlıq Qarabağdakı münaqişə tərəflərini maksimum təmkinli olmağa, xarici qüvvələrin müdaxiləsinə imkan verməməyə, atəşkəsi və danışıqları bərpa etməyə çağırır”.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirilən brifinqdə bildirib.

“Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalıb, tərəflərin bütün təmas xətti boyunca bir-birini qarşılıqlı atəşə tutduğu bildirilib. Tərəfləri həddindən artıq təmkinli olmağa, mülki əhalini atəşə tutmaqdan çəkinməyə və xarici qüvvələrin müdaxiləsinin qarşısını almağa çağırırıq. Atəşkəsi bərpa etmək, gərginliyi azaltmaq və baza prinsipləri əsasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün danışıqları bərpa etmək istiqamətində çalışmaq lazımdır”,- deyə Zaxarova qeyd edib. 

araz.az xəbər portalı.