ABŞ-da keçirilən prezident seçkilərində Demokratik namizəd Co Baydenin İranla bağlı mövqeyi İsrail ilə İslam Respublikası arasında müharibəyə səbəb ola bilər.
Turkustan.info xəbər verir ki, belə xəbərdarlıqla İsrailin Məskunlaşma üzrə naziri Çaxi Xaneqbi çıxış edib.
“Bayden uzun müddət açıq şəkildə nüvə anlaşmasına dönəcəyini söyləyir”. Xaneqbi əlavə edib.
“Bunun İsrail ilə İran arasında qarşıdurmaya gətirib çıxaracağına inanıram”. “The Jerusalem Post” qəzeti onun dediklərini sitat gətirir.
İsrailli nazir Baydenin seçkilərdə ehtimal olunan qələbəsindən narahat olmadığını qeyd edib: “Ancaq beynəlxalq istiqamətlər məslələrində İran gözə çarpan dərəcədə bir istisnadır”.
araz.az xəbər portalı.