Ermənistan xüsusi xidmət orqanları Azərbaycanın xeyrinə casusluq etməkdə şübhəli bilinən erməni vətəndaşını saxlayıblar.
Turkustan.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, 2015-ci ildən Türkiyədə işləyən həmin şəxs guya Azərbaycan kəşfiyyatı tərəfindən ələ alınıb və 2019-cu ildə Ermənistana qayıdandan sonra hərbi xarakterli bütün məlumatları ötürmək təlimatı alıb.
Bildirilib ki, Azərbaycan kəşfiyyatı Ermənistanın və Qarabağın təhlükəsizliyi, ordunun şəxsi heyəti, komandir heyəti, hərbi hissələrin yeri və sayı, silah və hərbi texnikanın sayı və çeşidi, mühəndis qurğuları, qoşunların yeri, insan itkiləri ilə bağlı məlumatlarla maraqlanıb.
Həmin şəxs də Azərbaycan xüsusi xidmət orqanlarının təklifini qəbul edib və pul mükafatı müqabilində informasiyaları ötürməyə başlayıb.
Guya həmin casus təkrar tibbi müayinədən keçməklə hərbi xidmətə başlamaq imkanı əldə etmək istəsə də, aidiyyəti orqanlar onun müraciətini qəbul etməyiblər.
araz.az xəbər portalı.