dyp01.jpg

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı müraciət edib.

APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

VAZ, QAZ, “Moskviç”, ZAZ, UAZ markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilməsi və bu vaxtadək texniki baxışa təqdim olunmalı avtomobillərdən cəmi 21%-nin baxışdan keçməsini nəzərə alaraq, aprel ayında yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri, o cümlədən bayram günləri də fasiləsiz olaraq fəaliyyət göstərəcək.

araz.az xəbər portalı.