Əgər döyüşlər Şuşa yaxınlığında gedirsə, o zaman mən erməni ordusu üçün hansısa perspektiv görmürəm.
araz.az axar.az-a istinadla xəbər verir ki, bunu “Qraparak” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib.
O, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında gücsüz olduğunu deyib.
Xramçixin artıq ermənilərin müharibəni uduzduğunu bildirib: “Üstəlik, bütün ərazilər, Qarabağın özü itirilib. Qarabağın artıq İranla sərhədi yoxdur”.
araz.az
araz.az xəbər portalı.