ermeni 6

İrəvanın taktiki və strateji səhvlərinə görə erməni hərbçilərin indi Ağdam və Stepanakertdən (Xankəndi – red.) geri çəkilmək üçün yolları bağlanıb. Vəziyyət kritik həddə yaxındır. Bakı isə sərfəli mövqedədir. Azərbaycanın dronları erməniləri dalana dirəyib.

araz.az  axar.az-a istinadla xəbər verir ki, bu barədə qondarma DXR-in keçmiş “müdafiə naziri” İqor Strelkov NSN-ın efirində danışıb.

“Şuşa ciddi strateji nailiyyətdir. O alınsa, ardınca Dağlıq Qarabağ da alınacaq. Məsələ bir neçə həftə sürəcək. Ermənilər Şuşanı saxlaya bilsələr belə, Yeni ildən sonra Ermənistan ordusu darmadağın edildiyi üçün hərbi əməliyyatlar dayandırılacaq”, – o bildirib.

araz.az

araz.az xəbər portalı.