Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda müharibənin dayandırılması sənədinə imza atdığını bildirib.
Turkustan.info xəbər verir ki, bu barədə o özünün feysbukdakı səhifəsində yazıb.
“Əziz həmvətənlər, bacılar və qardaşlar. Şəxsən özüm və hamımız üçün çox çətin bir qərar verdim.
Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır”, – deyə o qeyd edib.
“Bütün qurbanlarımızın qarşısında diz çökürəm. Vətənini canları ilə müdafiə edən və qoruyan bütün əsgərlərimiz, qatillərimiz, generallarımız, könüllülərimizin qarşısında baş əyirəm”, – deyə o müraciətini yekunlaşdırıb.
araz.az xəbər portalı.