Rusiya, Azərbaycan və Ermənistanın bəyanatında Dağlıq Qarabağın statusu təsvir edilib.
araz.az xəbər verir ki, bu sözləri “Exo Moskvı” radiostansiyasının efirində Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bəyanatda Dağlıq Qarabağın statusunun nəzərdə tutulub-tutulmadığına dair suala cavab olaraq qeyd edib ki, tezliklə sənəd dərc ediləcək və bütün bəndlər aydın olacaq.
“Bu sual artıq bu bəyanatda təsvir olunub, yalnız bir az gözləmək qalır ki, bu bəyanatla hər kəs tanış olsun. İcazə verin bu halda onu təkrarlamayaq. Yaxın vaxtlarda onu oxuyacağıq və bütün suallar qaldırılacaq”, – Zaxarova deyib.
Bununla yanaşı, o, bəyanatı hər üç dövlət başçısının imzaladığını vurğulayıb. Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tamamilə dayandırıldığını elan edir, tarix və vaxt göstərilir.
Onun sözlərinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz boyunca, Dağlıq Qarabağda təmas xətti boyunca yerləşdirilməsi sazişdə göstərilib.
“Bəyanatda aydın şəkildə bildirilir ki, Azərbaycan və Ermənistan onların tutduğu mövqelərdə dayanırlar. Bəyanatda tərəflərin gələcək addımları ilə bağlı detallar var”, – Zaxarova bildirib.
Sülhməramlı kontingentə gəldikdə, onun sözlərinə görə, söhbət Rusiya Federasiyasının sülhməramlı qüvvələrindən gedir və mətnin dərc olunmasından sonra heç kimin şübhəsi qalmayacaq ki, söhbət yalnız Dağlıq Qarabağda təmas xətti boyunca yerləşdirilən Rusiya sülhməramlılarından gedir.
O, qeyd edib ki, bəyanatda münaqişə zonasında atəşkəs və bütün hərbi əməliyyatların tamamilə dayandırılması, sülhməramlıların yerləşdirilməsi, hərbi əsirlərin və digər tutulan şəxslərin, ölənlərin cəsədlərinin mübadiləsi, regionun iqtisadi və nəqliyyat əlaqələrinin kilidinin açılmasından bəhs olunur.
“Bu plan qəbul edildi, imzalandı və həyata keçirilməlidir. Başqa hər hansı bir dövlət öz qiymətləndirmələrini, öz nöqteyi-nəzərini almaq hüququna malikdir. Rusiya tərəfi ardıcıl olaraq tərəflərin atəşkəsə kömək etməsi və problematikanın onun həlli üçün danışıqlar yoluna qaytarılması işini aparır”, – Zaxarova bildirib.
Rusiya tərəfi planların təkcə qəbul edilmiş sənəddə deyil, Rusiya sülhməramlılarının hərəkətinə dair görüntülərin planları təsdiqlədiyini bildirib.
“Plan praktik müstəvidə artıqlaması ilə həyata keçirilir və eyni zamanda tərəfimizin israr etdiyi siyasi doktrinadan ayrılmır”, – Zaxarova bildirib.
araz.az
araz.az xəbər portalı.