“Biz bu razılaşma ilə təkcə əraziləri itirmədik, eyni zamanda Ermənistanın üzərinə 50 milyard dollarlıq öhdəlik qoyulur”.
Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş prokuroru Gevork Kostanyan deyib. O bildirib ki, Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu:
“Hələ iki il qabaq biz xəbərdar etmişdik ki, Azərbaycan Ermənistana qarşı iddia hazırlayır, orada Arsax və yeddi rayonda Azərbaycana vurulan maddi zərər əks olunacaq. Ancaq Azərbaycan həmin dövrdə iddianı hazırlamaqda çətinlik çəkirdi, çünki Ermənistanın cavabdehlik daşıdığı haqda yetərincə sübutları əldə edə bilmirdi. Onlar maddi zərəri hesablamaqda ixtisaslaşan beynəlxalq təşkilatı işə cəlb etmişdilər və Azərbaycana dəyən zərər 50 milyard dollar hesablanmışdı.
İndi Ermənistan son razılaşmaya imza atmaqla həmin ərazilərdəki istənilən dağıntılara cavabdeh olması öhdəliyini də üzərinə götürmüş oldu.
Əgər biz savadlı, hüquqi bir cavab hazırlamasaq, bu maddi məsuliyyət Ermənistana çox baha başa gələcək. O qədər pulu nəinki biz, gələcək nəsillərimiz də ödəyib qurtara bilməyəcə”.
araz.az
araz.az xəbər portalı.