Dağlıq Qarabağda yerləşdiriləcək Rusiya sülhməramlılarının xərcləri Rusiya hökuməti tərəfindən qarşılanacaq.
araz.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putininin imzaladığı fərmanda deyilir.
Qeyd olunur ki, hərbçilərin, eləcə də onların ailə üzvlərinin maddi təminatı, digər xərclər və təzminatların Rusiya hökuməti tərəfindən təmin olunur
Xatırladaq ki, Vladimir Putin Dağlıq Azərbaycanda sülhün dəstəklənməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Rusiya Prezidenti ildə iki dəfədən az olmayaraq Azərbaycandakı sülhməramlıların rotasiyasının keçirilməsi ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib.
araz.az
araz.az xəbər portalı.