parad

Ermənistanla Azərbaycan arasında 27 sentyabrdan başlayan 44 günlük müharibə Şanlı Ordumuzun zəfəri ilə başa çatdı. Müzəffər ordumuzun əzmi, Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində Azərbaycanın tarixinə yeni bir gün yazıldı. Azərbaycanın Böyük Vətən Müharibəsindəki 10 noyabr tarixli zəfərinin yekunu olaraq Qələbə paradı keçiriləcəkmi?

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a deyib ki, bu vacibdir və Prezident də çıxışlarında Qələbə paradıınn keçirilməsinə müsbət yanaşıb:

“Azərbaycan Respublikası 30 ildir işğal altında qalan torpaqlarını azad etməklə dünyaya bəyan etdi ki, güclü dövlətdir və onun güclü, siyasi lideri var. Qələbə paradının keçirilməsinə çox böyük ehtiyac var. Yəqin ki, 10 noyabr Azərbaycanda Qələbə günü kimi qeyd ediləcək, çünki bizim torpaqlarımızın işğaldan azad edilməsi Ermənistanın kapitulyasiya günüdür. Parad keçirilməsi məqbuldur və bununla əlaqədar cənab Prezident yəqin ki, göstərişlərini verəcək”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da qeyd edib ki, Qələbə paradı olacaq:

“Lakin hazırda diqqətimiz Dağlıq Qarabağda işğaldan azad olunmuş rayonlarımızın boşaldılmasındadır. Müharibə o vaxt tam qurtaracaq ki, bizim ərazilər düşmən tapdağından qurtulacaq və dövlət sərhədlərimiz bərpa olunacaq.

Ermənistana müəyyən şərtlər qoyulub, düşmən tərəf hazırda onları yerinə yetirir. Rusiyanın sülhməramlı qüvvələri azad olunan ərazilərdə yerləşdirilir. Azərbaycan dövləti strukturları da buna nəzarət edir”.

 

 

 

araz.az

araz.az xəbər portalı.